Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsinin qurbanı olan 5 nəfər dəfn edilib.
Publika.az Oxu.Az-a isdinadlaxəbər verir ki, 2003-cü il təvəllüdlü Vasif Həsənli, 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə Bağbanlar kəndində, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli Zəhmətabad kəndində dəfn olunublar.
Qeyd edək ki, hadisə gecə saat 2 radələrində rayonun Zəhmətabad kəndi ərazisində baş verib.