ABŞ prezidenti Donald Trampın daxili təhlükəsizlik Katibi Kristi Noemi işdən çıxarmaq planları ilə bağlı mediada yayılan xəbərlər yalandır.
"Unikal" xəbər verir ki, bunu Ağ Evin sözçüsü Ebigeyl Cekson sosial media platforması X-də bildirib.
"Bulwark" nəşri keçmiş Daxili Təhlükəsizlik Departamentinin rəsmilərinə istinadən Noemin işdən çıxarılma ehtimalı barədə məlumat yayıb. Nəşrin məlumatına görə, Ağ Evin yüksək vəzifəli rəsmiləri departamentin fəaliyyətindən narazı qalıblar.
Ağ Evin sözçüsü yazıb: "Bu "hesabat" - "Bulwark"ın özü kimi - tamamilə saxta xəbərdir! Katib Noem Prezidentin gündəliyini həyata keçirmək və Amerikanı yenidən təhlükəsiz etmək üçün əla iş görür".