İsrail Prezidenti İshaq Hersoq ABŞ Prezidenti Donald Trampın Baş nazir Benyamin Netanyahunu əfv etmək tələbini yerinə yetirməkdən imtina edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
“İsrail lideri Trampın dostluğuna və fikrinə hörmət etdiyini, lakin İsrailin suveren ölkə olduğunu bildirib. O əlavə edib ki, istənilən qabaqlayıcı əfv öz mahiyyəti üzrə nəzərdən keçirilməlidir. Hersoq bu məsələyə son dərəcə ciddi yanaşacağına söz verdi”, - məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Netanyahunun əfvi üçün İsrail Prezidenti İshaq Hersoqa məktub göndərmişdi.