AZ

Müharibədə 2 milyon insan ölüb

Ukrayna müharibəsinə son qoyacaq sülh razılaşması “çox yaxın”dır və proses əsasən iki kritik məsələnin həllindən asılıdır: Donbas regionunun gələcəyi və Rusiya nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının statusu.Metbuat.az xəbər verir ki, bunu ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib.

Xüsusi nümayəndə qeyd edib ki, 2022-ci ilin fevralında başlayan işğal Avropanın II Dünya müharibəsindən sonrakı ən böyük və ən qanlı münaqişəsidir. Kelloqun sözlərinə görə, müharibə ümumilikdə iki milyondan çox insanın ölümü və yaralanması ilə nəticələnib.

Seçilən
45
5
metbuat.az

10Mənbələr