AZ

Aİ Rusiyanın aktivlərini daimi olaraq dondura bilər

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərini müddətsiz olaraq bloklamağa imkan verən hüquqi boşluq tapıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Məqalədə qeyd olunur ki, indiyədək sanksiyaların hər altı aydan bir yekdil səsvermə ilə uzadılması riski mövcud idi. Bu isə o demək idi ki, tək bir paytaxt, məsələn, Budapeşt səsverməni bloklayaraq Moskvanın aktivlərinə çıxışını bərpa edə və mövcud mexanizmi sıradan çıxara bilərdi. Yeni qanunvericilik bu riski aradan qaldırmağı hədəfləyir. Bildirilir ki, Brüssel Aİ-nin təsis müqavilələrində iqtisadi sarsıntılar zamanı ciddi tədbirlər görülməsinə imkan verən müddəa tapıb və həmin bənd yeni mexanizmə hüquqi əsas yaradır.

“Financial Times” yazır ki, bu kimi “təlatümlərə” Qərbin Aİ-yə qarşı hibrid fəaliyyətlərdə ittiham etdiyi Rusiyanın addımları da daxil ola bilər. Bu səbəbdən Brüssel qadağanın ləğvi ilə bağlı ayrıca qərar qəbul edilənə qədər Rusiya aktivlərini qeyri-müəyyən müddətə dondurmaq təklifini irəli sürür.

Bundan əvvəl Avropa Komissiyası Ukraynanın 2026–2027-ci illərdə maliyyələşdirilməsi üçün “təzminat krediti” sxemi çərçivəsində Avropada dondurulmuş, ümumi dəyəri 210 milyard avrodan çox olan bütün Rusiya aktivlərinin müsadirə olunması planını açıqlamışdı. Komissiya, həmçinin Aİ-yə üzv olmayan Qərb ölkələrini də bu təşəbbüsə qoşulmağa çağırmışdı.

Seçilən
10
3
yeniazerbaycan.com

4Mənbələr