AZ

Ukrayna üzrə ABŞ nümayəndəsi: Müharibənin yekun razılaşması iki maddədən asılıdır

Ukraynada müharibənin dayandırılması ilə bağlı razılaşma “çox yaxındır”, lakin proses iki əsas ərazi məsələsinin həllindən asılıdır. Bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.

Reyqan Milli Müdafiə Forumunda danışan və yanvarda postunu tərk edəcək Kelloq deyib ki, danışıqlar “son 10 metr”ə daxil olub. O, qalan əsas məsələlərin Donbasın gələcəyi və hazırda Rusiyanın nəzarətində olan Zaporojya AES-in statusu olduğunu vurğulayıb.

“Əgər bu iki məsələni həll edə bilsək, qalanları çox asan olacaq. Biz çox yaxınıq, həqiqətən çox yaxınıq”, - o bildirib. 

Ötən həftə Kreml rəsmisi Yuri Uşakov Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın keçmiş xüsusi nümayəndəsi Stiv Vitkoff və prezidentin kürəkəni Cered Kuşnerin də qatıldığı dörd saatlıq görüşdən sonra “ərazi məsələlərinin” müzakirə edildiyini demişdi.

Kelloq həmçinin müharibənin insan itkilərini “misli görünməmiş qəddarlıqda” adlandırıb. Onun sözlərinə görə, 2022-ci ildən bəri Rusiya və Ukraynanın ümumi itkiləri 2 milyondan artıqdır. Bu rəqəmlər tərəflər tərəfindən rəsmi təsdiqlənmir.

Hazırda Rusiya Ukraynanın 19,2% ərazisinə nəzarət edir. Buna Krım yarımadası, bütün Luqansk, Donetskin 80%-dən çoxu, Xerson və Zaporojyanın təxminən 75%-i, həmçinin Xarkov, Sumı, Nikolayev və Dnepropetrovsk vilayətlərinin bəzi hissələri daxildir.

Gülnar 

Seçilən
72
50
anews.az

10Mənbələr