ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin təklif etdiyi “sülh planını” oxumayıb və bu səbəbdən məyus olub.
"Cebheinfo.az" xəbər verir ki, Tramp Kennedi Mərkəzində qatıldığı tədbirdə qırmızı xalça üzərində jurnalistlərin gündəmə dair suallarını cavablandırıb.
Zelenskinin Rusiya-Ukrayna müharibəsini bitirməyə yönəlmiş ABŞ planını hələ oxumadığını deyən Tramp bu səbəbdən məyusluq hiss etdiyini bildirib.
Tramp digər rüsum metodlarının eyni səviyyədə milli təhlükəsizlik təmin edə bilməyəcəyini və rüsum tətbiq edilən ölkələrin bu barədə “şikayət etmədiyini” bildirib.
ABŞ Prezidenti Kanada və Meksika ilə ticarət sahəsində də məhsuldar danışıqlar apardıqlarını qeyd edib.
Kanada ilə daha əvvəl dayandırdığı ticarət danışıqlarını yenidən başlayıb-başlamayacağı ilə bağlı suala cavab olaraq Tramp “Görəcəyik. Problem ondadır ki, Kanada bizim də istehsal etdiyimiz bir çox şeyi istehsal edir, amma bu məsələni həll edəcəyik",- deyə cavab verib.
Xatırladaq ki, ABŞ və Ukrayna nümayəndə heyətləri 23 noyabrda İsveçrənin Cenevrə şəhərində bir araya gələrək Trampın təqdim etdiyi 28 maddəlik sülh planını müzakirə etmişdi.
Heyətlər ABŞ dövlət katibi Marko Rubio və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun rəhbərliyi ilə 30 noyabrda Florida ştatında ABŞ-nin sülh planını müzakirə etmək üçün yenidən görüşmüşdü.