AZ

Premyer Liqa: “Araz” “Kəpəz”ə, “Sumqayıt” “İmişli”yə qarşı – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edəcək. “Dalğa Arena”da baş tutacaq görüşün baş hakimi İnqilab Məmmədov olacaq. Son turlarda işləri qaydasında getməyən Naxçıvan təmsilçisi uğursuz gedişata son qoymağa çalışacaq. Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda hazırda 20 xalla 6-cıdır. Mövsümün aşkar autsayderlərindən olan “Kəpəz” isə 6 xalla 11-cidir.

“Sumqayıt” isə bu gün “İmişli” ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşü Əliyar Ağayev idarə edəcək. 23 xalla 5-ci sırada qərarlaşmış sumqayıtlılar doğma meydanda qalib gəlsələr, bir pillə irəliləyəcəklər. 15 xalla 9-cu olan “İmişli” isə qələbə sayəsində 7-ci sıraya yüksələ bilər.

Premyer Liqa
14-cü tur

6 dekabr

“Zirə” – “Qarabağ” 1:1
Qollar: İssa Cibrilla, 31 – Enrike Kustodio, 44-öz qapısına.
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

7 dekabr

“Karvan” – “Şamaxı” 0:3
Qollar: Oruc Məmmədov, 59. Karim Rossi, 70. Dioqo Balau, 82.
Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 14:00.

8 dekabr

“Qəbələ” – “Turan Tovuz” 0:0 (oyun yarıda qalıb)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu, 17:00.

“Sabah” – “Neftçi” 2:0
Qollar: Akim Zedadka, 58. Coy Lens Mikels, 77.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 20:00.

9 dekabr

“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Dalğa Arena”, 17:00.

“Sumqayıt” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

Seçilən
32
5
arena.az

7Mənbələr