Rusiyalı diplomat Aleksandr Kalaçev Rusiyanın İstanbul Baş Konsulluğunun yeni Baş konsulu vəzifəsinə təyin olunub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin "Telegram" kanalında məlumat verilib.
"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin əmri ilə Aleksandr Aleksandroviç Kalaçev Türkiyənin İstanbul şəhərindəki Rusiya Federasiyasının Baş Konsulluğuna Baş konsul təyin edilib", - bəyanatda qeyd olunub.