AZ

Ötən gün 32 cinayətin amılması təmin olunub

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, deekabrın 8-də ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 331, o cümlədən borclu şəxs qismində axtarışda olan 296 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

N.Adilqızı
XQ

Seçilən
20
49
xalqqazeti.az

10Mənbələr