AZ

Sabiq nazir niyə saxlanılıb? – Detallar açıqlandı

Ukraynanın sabiq energetika naziri Herman Qaluşenkonun saxlanılmasının səbəbləri məlum olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Milli Bürosu — Ukrayna Korrupsiyaya Qarşı Milli Bürosu məlumat yayıb.

Bildirilib ki, Qaluşenko çirkli pulların yuyulması və cinayətkar qruplaşmada iştirak ittihamı ilə məsuliyyətə cəlb olunub.

İstintaqın məlumatına görə, şübhəlinin vəzifədə olduğu dövrdə onun etibarlı şəxsi vasitəsilə, investoru olduğu təşkilat enerji sektorunda qanunsuz fəaliyyətdən 112 milyon ABŞ dollarından çox nağd vəsait əldə edib.

Detektivlər müəyyən ediblər ki, Qaluşenkonun ailəsinin nəzarətində olan fond hesablarına 7,4 milyon funt-sterlinqdən artıq vəsait köçürülüb. Bundan əlavə, 1,3 milyon İsveçrə frankı və 2,4 milyon avro nağd şəkildə çıxarılaraq birbaşa İsveçrədə ailə üzvlərinə təqdim edilib.

Məlumata görə, bu vəsaitin bir hissəsi uşaqlarının İsveçrənin nüfuzlu təhsil müəssisələrində oxumasının ödənişinə xərclənib, bir hissəsi isə sabiq həyat yoldaşının hesablarına yerləşdirilib. Qalan pullar depozitə yatırılıb və ailə həmin vəsaitdən əlavə gəlir əldə edərək şəxsi ehtiyaclar üçün istifadə edib.

Rəsmi məlumatda bildirilir ki, Qaluşenko dünən Ukraynadan çıxmağa cəhd göstərərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hazırda onun barəsində istintaq tədbirləri davam etdirilir və yaxın vaxtlarda məhkəməyə təqdim olunacağı gözlənilir. Hüquq-mühafizə orqanları iş üzrə digər mümkün fiqurantların da araşdırıldığını açıqlayıb.

Sara
NOCOMMENT.az

Seçilən
133
nocomment.az

1Mənbələr