AZ

Səhər oyana bilmirsiniz? – Problemdən çıxış yolu açıqlandı

Səhərlər çətin oyanan və gecə yatmaq vərdişindən qurtula bilməyən insanlar üçün faydalı məsləhətlər açıqlanıb.

Musavat.com xəbər verir ki, mütəxəssislər oyanma saatını birdən-birə dəyişmək əvəzinə, hər gün 10–15 dəqiqə daha erkən vaxta keçirməyin daha effektiv nəticə verdiyini bildirirlər.

Həmçinin zəngli saatın çarpayının yanında saxlanılmaması və siqnal çalan kimi ayağa qalxmaq tövsiyə olunur.

Məlumata görə, “bir az da yatım” vərdişi orqanizmi yenidən yuxu mərhələsinə saldığı üçün səhər daha ağır oyanmağa səbəb olur.

Mütəxəssislər yatmaq və oyanmaq saatlarının hətta istirahət günlərində də eyni saxlanılmasının vacib olduğunu vurğulayırlar. Gün ərzində enerjili qalmaq üçün ən azı 7–8 saat yuxu tövsiyə edilir.

Qeyd olunur ki, oyandıqdan sonra ilk dəqiqələrdə hərəkət etmək, soyuq su ilə yuyunmaq və işıqlı mühitdə olmaq orqanizmin daha tez ayılmasına kömək edir.

Bildirilir ki, bu qaydalara 2–3 həftə ardıcıl əməl edildikdə insanın bioloji saatı tədricən yenidən formalaşa bilər.

Musavat.com

Seçilən
178
musavat.com

1Mənbələr