AZ

CNN: ABŞ Bayden dövründə təqib olunanlara kömək etmək üçün fond yaratmağı planlaşdırır

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 18 may, AZƏRTAC

Donald Tramp administrasiyası Co Baydenin prezidentliyi də daxil olmaqla, əvvəlki administrasiyalar dövründə təqib olunanlara kompensasiya ödənilməsi məqsədilə 1,8 milyard dollarlıq fond yaratmağı nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, təşəbbüs Trampın hüquq komandası ilə ABŞ Ədliyyə Nazirliyi arasında davam edən danışıqlar çərçivəsində gündəmə gəlib. Danışıqlar Prezidentin Daxili Gəlir Xidmətinə qarşı qaldırdığı 10 milyard dollarlıq iddia ilə bağlıdır.

Məlumata görə, fond “Bayden dövründə ABŞ Ədliyyə Nazirliyi tərəfindən əsassız şəkildə hədəfə alındığı” iddia olunan şəxslərə kompensasiya ödənilməsi məqsədi daşıyır.

Fondun “Prezident Donald Tramp üçün Həqiqət və Ədalət Komissiyası” adlandırılması ehtimal olunur.

CNN qeyd edir ki, razılaşmanın detalları hələ tam təsdiqlənməyib. Bununla belə, fondun yaradılması ilə bağlı açıqlamanın yaxın bir həftə ərzində veriləcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
2
azertag.az

3Mənbələr