AZ

Papua Yeni qvineyalı nazir: Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin qlobal nüfuzunu artırır

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 may, AZƏRTAC

Şəhərsalma prosesinin sürətlənməsi gələcəkdə əlçatan və münasib mənzil təminatı məsələsini daha da акtual edəcək.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Papua-Yeni qvineyanın mənzil naziri, parlament üzvü Kobbi Bomareo deyib.

O bildirib ki, insanların şəhərlərə axını davam etdikcə hökumətlərin əsas vəzifələrindən biri onların münasib yaşayış şəraiti ilə təmin olunmasıdır. Bu məqsədlə ölkələr arasında əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi vacibdir.

Kobbi Bomareo deyib ki, Azərbaycana ilk səfəri zamanı Bakıda müşahidə etdiyi inkişaf və şəhərsalma prosesi onda müsbət təəssürat yaradıb. Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi ölkənin qlobal nüfuzunu artırır.

Nazir, həmçinin Papua-Yeni Qvineyada mənzilə böyük ehtiyac olduğunu bildirərək, bu sahədə investorların və tərəfdaşların dəstəyinin mühüm əhəmiyyət daşıdığını deyib.

Müxbirlər - Günel Türksoy, Göyçək Mahmudlu

Fotoqraf - Azər İbrahimov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
2
azertag.az

3Mənbələr