AZ

Ona həm bir insan, həm də bir məşqçi kimi çox güvənirəm Kapitan Şəfa nın yalnız yerlilərlə hədəfə çatacağına inanırmı?

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

1-ci Liqanın 26-cı turunda Binə qəsəbə stadionunda "Cəbrayıl"ı 1:0 hesabı ilə məğlub edən "Şəfa" sona 1 tur qalmış çempion olaraq Premyer Liqaya vəsiqəni təmin etdi. Bakı təmsilçisinin təcrübəli kapitanı Tərlan Quliyevlə əlaqə saxlayıb ona bir neçə sual ünvanladıq.

Azərbaycan millisinin sabiq futbolçusunun Fanat.Az-a müsahibəsini təqdim edirik.

- Sona bir tur qalmış çempion oldunuz. Birinci Liqanın debütantı ilə qazanılan uğur sənin üçün nə deməkdir?

- Azarkeşlərimizi, başda Elgiz Kərəmli olmaqla, məşqçilər heyətini, komanda yoldaşlarımı, rəhbərliyi, bir sözlə, "Şəfa" ailəsini təbrik edirəm. Çempionluqda əziyyəti olan, bizim uğurumuzu arzulayan hər kəsə minnətdarlığımı bildirirəm. Yubiley mükafatımı qazandım. Bu, karyeramda 10-cu tituldur. Çempionluğa layiq idik. Bu komandanın kapitanı olmaq çox xoşdur. Təcrübəsi daha az olanlara istiqamət verməyə, eyni zamanda öz işimi görməyə çalışmışam. Futbol elədir ki, gərək motivasiyanı yüksəkdə saxlamağı bacarasan. 

- 34 yaşlı baş məşqçiniz Elgiz Kərəmli ilə demək olar ki, həmyaşıdsan. Kərəmlinin rəhbərliyi altında oynamaq necə hissdir?

- Bizim həm meydanda, həm də meydandan kənarda çox gözəl münasibətimiz var. İkimiz də eyni vaxtda 17 yaşadək futbolçulardan ibarət millidə oynamışıq. Onun işinə yanaşması, ən gərgin anlarda belə, təmkinli davranışını vurğulamalıyam. Əlbəttə, Elgiz Kərəmli gənc mütəxəssisdir və o da zamanla daha çox təcrübə toplayacaq. Komandada yaratdığı ailə ab-havası qazandığımız nailiyyətdə böyük rol oynadı. Ona həm bir insan, həm də bir məşqçi kimi çox güvənirəm. Belə yanaşma ilə karyerasında böyük uğurlar qazanacağına əminəm. Bu, hələ başlanğıcdır. Münasibətimiz öz yerində, onunla işləmək həqiqətən xoş oldu. 

- Səni Premyer Liqada "Şəfa"nın heyətində görəcəyikmi?

- Baş məşqçimiz də məndən razıdır, rəhbərlik də. Qalmağımı istəyirlər. Mən də "Şəfa"da hər şeydən razıyam. Qalmaq və yenidən Premyer Liqada oynamaq istəyirəm. 

- Rəhbərlik komandanın elitada yalnız yerli futbolçularla mübarizə aparmasını istəyir. Bu strategiya ilə Premyer Liqadakı yerinizi qorumaq çətin olmayacaq?

- Düzü, bir qədər çətin olacaq. Amma xatırlayırsınızsa, 2016-cı ildə "İnter"də heyətin 85-90 faizi yerlilər idi. Zaur Svanadzenin rəhbərliyi altında üç legionerlə oynayırdıq: Adrian Skarlatake, Denis Silva və Zurab Xizanişvili. Həmin heyətlə Azərbaycan üçüncüsü olduq. Gözəl heyət formlaşdırmışdıq. Yaxşı xatırlayıram, Rauf Əliyev, Ruslan Abışov, Ağabala Ramazanov, Mirhüseyn Seyidov, Nizami Hacıyev, İlkin Qırtımov kimi milli üzvləri də "İnter"də çıxış edirdilər. "Şəfa"nın indki heyətini gücləndirib döyüşmək, mübarizə aparmaq mümkündür. Bəlli məsələdir ki, ilk ildə medallar uğrunda oynamayacağıq. Ən azı yaxşı mübarizə aparıb elitada qalmağa çalışmaq olar. 

Nihat 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
fanat.az

2Mənbələr