ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Bu həftə, daha dəqiqi, mayın 22-də 1-ci liqada mübarizəyə yekun vurulacaq. 27-ci turun mərkəzi oyunu Mingəçevirdə keçiriləcək. Şəhərin eyniadlı komandası taleyüklü oyunda “Səbail”i qəbul edəcək. Qarşılaşmanın qalibi pley-offa yüksələcək. Bəs “CBC Sport” bu matçı canlı yayınlayacaqmı?PFL-in Media və marketinq direktoru Sənan Abdullayevin “Football-plus.az”a verdiyi məlumata görə, matç yanlız “AzPFL” “yutub” kanalında yayınlanacaq.Turun mərkəzi oyunu mayın 22-si, saat 17.00-da start götürəcək.MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.