ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Portuqaliya millisinin dünya çempionatı üçün heyəti açıqlanıb.
Futbolpress.az xəbər verir ki, “Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo yığmaya dəvət alıb. Portuqaliyalı futbolçu karyerasında 6-cı dəfə mundialda iştirak edəcək.
Portuqaliya millisi K qrupunda Özbəkistan, Konqo və Kolumbiya ilə mübarizə aparacaq.
ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi turnirə iyunun 11-də start veriləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.