Çinli tədqiqatçılar probiotiklərin yuxu keyfiyyətinə və səhər saatlarında insanın özünü hiss etməsinə müsbət təsir göstərdiyini müəyyən ediblər.
Publika.az xəbər verir ki, bu barədə “Frontiers in Psychiatry” jurnalında dərc olunan meta-analizdə bildirilir.
Probiotiklər bəzi fermentləşdirilmiş qidalarda və qida əlavələrində olan faydalı canlı bakteriyalardır. Alimlərin fikrincə, bu bakteriyalar bağırsaq mikroflorasının balansını qorumaqla yanaşı, “bağırsaq-beyin” oxu vasitəsilə beyin və sinir sisteminin işinə də təsir göstərə bilər.
Tədqiqat müəllifləri 4 mindən çox insanın iştirakı ilə aparılmış 39 randomizə edilmiş araşdırmanın nəticələrini təhlil ediblər. İş çərçivəsində müxtəlif növ probiotiklərin yuxu keyfiyyəti, müddəti, gündüz yuxululuğu və yuxusuzluq əlamətlərinə təsiri öyrənilib.