AZ

Naməlum yük daşıyan 10 gəmi: Rusiya Avropaya sirli bir karvan göndərib

Rusiya Uzaq Şərq limanlarından Avropa istiqamətinə doğru 10 gəmi və dəniz vasitəsindən ibarət qeyri-adi konvoy formalaşdırıb. Qrupun tərkibinə altı yük gəmisi, hərbi müşayiətçi döyüş gəmiləri, təchizat tankeri və okean yedək gəmisi daxildir...

Poliqon xəbər verir ki, konvoyun nə daşıdığı isə rəsmi olaraq açıqlanmayıb.

Rusiyaya məxsus bu dəniz qruplaşmasının hərəkəti barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik konvoyu Yaponiya sahilləri yaxınlığında izləyib.

Yapon hərbçilərinin məlumatına görə, konvoy ilk dəfə mayın 8-də Yaponiya və Cənubi Koreya arasındakı Tsuşima boğazı yaxınlığında, Yaponiya dənizində qeydə alınıb. Ehtimal olunur ki, gəmilər Vladivostok bölgəsindən yola düşüblər.

Yaponiyanın cənub adaları yaxınlığından keçdikdən sonra konvoy Filippin dənizinə daxil olub və qərb istiqamətində hərəkətini davam etdirib. Analitiklər hesab edirlər ki, marşrutun son nöqtəsi Rusiyanın Avropadakı limanları ola bilər.

Konvoyun tərkibində Maya 1, Ledi D, Ledi Mariya, Ledi R və Kapitan Danilkin adlı yük gəmiləri müəyyən edilib. Onların bir hissəsi Şimali Koreya ilə Rusiya arasında silah, sursat və hərbi yüklərin daşınmasına görə Qərb ölkələrinin sanksiyalarına məruz qalıb.

Müşayiəti Sterequşiy sinfinə aid iki korvet - Soverşennıy və Rezkiy həyata keçirir. Qrupa həmçinin Dubna” sinifli təchizat tankeri və Andrey Stepanov adlı okean yedək gəmisi daxildir. Ekspertlərin fikrincə, yardımçı gəmilərin mövcudluğu uzunmüddətli və limanlara daxil olmadan həyata keçiriləcək səfərə hazırlıqdan xəbər verir.

Polşanın Wiadomosci qəzetinin yazdığına görə, Rusiya yük gəmiləri əvvəllər əsasən tək hərəkət edirdi. Hərbi müşayiətlə tamhüquqlu konvoyun yaradılması Moskvanın mümkün hücumlar və ya gəmilərin saxlanılması ilə bağlı narahatlığını göstərə bilər.

Son aylarda Rusiyanın "kölgə donanması" ətrafında gərginlik daha da artıb. Qərb ölkələri sanksiyalardan yayınmaqda və Rusiya nefti və ya hərbi yüklərini daşımaqda şübhəli bilinən gəmiləri dəfələrlə saxlayıblar.

Poliqon.info

 

Seçilən
19
poliqon.info

1Mənbələr