AZ

Ekspert: Su, qida çatışmazlığı və işsizlik qarşıdurma və ya iğtişaşlara gətirib çıxarır

Bakı, 21 may, AZƏRTAC

Problemlərin əsas səbəbi iqlim dəyişikliyi deyil. Amma bu, mövcud problemləri daha da böyüdür. Su, qida çatışmazlığı və işsizlik çatışmazlığı artanda insanlar narazı olur ki, bu da qarşıdurma və ya iğtişaşlara gətirib çıxarır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Daha təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılması: Şəhər İqlimi Sülhü və Təhlükəsizliyi üzrə Siyasət Xülasəsi Layihəsinin Müşavirəsi”ndəki çıxışı zamanı ekspert Antonio Sampayo deyib.

O bildirib ki, bu problemlər yalnız şəhərlərə aid olmasa da, quraqlıq, sel və məhsul itkisi şəhərlərdə daha tez iğtişaş və siyasi qeyri-sabitliyə çevrilir: "İkinci məsələ isə resurs çatışmazlığından silahlı və cinayətkar qrupların istifadə etməsidir. Su, torpaq və əsas xidmətlər azaldıqca və dəyər qazandıqca, silahlı qruplar və korrupsioner şəxslər bundan qazanc götürmək üçün insanlara təzyiq vasitəsi kimi istifadə edirlər".

Müxbir - Cavid Əliyev

Seçilən
38
azertag.az

1Mənbələr