AZ

Frankfurtda beş parakarateçimiz tatamiyə çıxır

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın parakarate üzrə milli komandası Almaniyanın Frankfurt şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, yarışda ölkəmizi beş idmançı təmsil edəcək.

K30 kateqoriyasında Vidadi Xalıqov və Eldar Əhmədov tatamiyə çıxacaqlar. K10 kateqoriyasında Fərrux Qaybaliyev və Aysel Əhmədli, K22 kateqoriyasında isə Ercan Aslan mübarizə aparacaq.

Milli komandanı Avropa çempionatına baş məşqçi Rənad Əliyev çıxaracaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
icma.az

1Mənbələr