AZ

Neftçalada Xəzər dənizinə 2000-dən çox nərə balığı buraxılıb

22 may – Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Neftçalada nərə cinsindən olan balıqlar təbii su hövzələrinə buraxılıb.

"Report"un Aran bürosunun məlumatına görə, tədbir Kənd Təsərrüfatı Nazirliyi, Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxs, İDEA İctimai Birliyi, FAO, Neftçala Rayon İcra Hakimiyyəti, bir sıra əməkdaş şirkətlərin birgə təşkilatçılığı ilə baş tutub.

Aksiyanın cari ilin ilk kütləvi balıq buraxılışı kimi xüsusi əhəmiyyət kəsb etdiyi və regionda su bioresurslarının bərpasına yönəlmiş ekoloji fəaliyyətlərin davamı olduğu bildirilib.

Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi rəhbərinin müavini Bariz Mehdiyev çıxış edərək aksiyanın əhəmiyyətindən danışıblar.

Aksiyanın maarifləndirici hissəsində iştirakçılara bioloji müxtəlifliyin qorunması, nərə növlərinin ekosistemlərdə rolu və su bioresurslarının davamlı idarə olunması ilə bağlı ətraflı məlumat verilib. Maarifləndirmə sessiyası başa çatdıqdan sonra praktiki mərhələ həyata keçirilib və çəkisi 200 qrama yaxın olan 1000-dən çox, həmçinin çəkisi 200-500 qram olan 1000-ə yaxın nərə cinsli balıqlar su hövzələrinə buraxılıb.

Seçilən
45
far.az

1Mənbələr