AZ

Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb

2026-cı ilin yanvar-aprel aylarında könüllü sığortalar üzrə 518 milyon 2 min manat sığorta haqqı toplanılıb. Bu, ümumi sığorta haqlarının 84,9%-nə bərabərdir.

Bu barədə Marja.az Azərbaycan Respublikasının Mərkəzi Bankının operativ məlumatlarına əsasən göstəricilərinə istinadən xəbər verir.

Könüllü sığortalar üzrə ödənişlər 250 milyon 643 min manat olub. Bu göstərici ümumi ödənişlərin 82,4%-ni təşkil edib.

Bu seqmentdə ödənişlərin yığımlara nisbəti 48,4% olub. Könüllü sığortalar üzrə sığorta haqları ödənişləri 267 milyon 359 min manat və ya 51,6% üstələyib.

İş elanları AzVak.az-da

Seçilən
38
1
marja.az

2Mənbələr