Futbol üzrə Azərbaycan I Liqasında 2025/2026 mövsümünə yekun vurulub.
İdmanxeber.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.
Ötən tur çempionluğu təmin etmiş “Şəfa” Binə qəsəbə stadionunda “Zaqatala” ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb.
Turun mərkəzi görüşü Mingəçevirdə baş tutub. Burada şəhərin eyniadlı komandası “Səbail”i qəbul edib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Xallarını 51-ə yüksəldən “Mingəçevir” mövsümü 2-ci pillədə başa vurub və Premyer Liqaya yüksəlmək üçün “Qəbələ” ilə pley-off matçına çıxacaq.
“Şahdağ Qusar” – “Baku Sportinq” oyununda isə qalib müəyyənləşməyib.