AZ

Çində kömür mədənində partlayışda 82 nəfər ölüb - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Çinin şimalındakı Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 82-yə çatıb.

Hafta.az xəbər verir ki, son məlumata görə 9 nəfər hələ də itkin hesab olunur, 123 nəfər xəstəxanaya yerləşdirilib. Xilasetmə və axtarış işlərinə 755 nəfər cəlb olunub.

*** 09:00

Çinin Şansi əyalətində yerləşən kömür mədənində qaz partlayışı baş verib.

Hafta.az xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər ölüb, 38 nəfər isə yeraltında qalıb.

Yerli fövqəladə halların idarə olunması qurumun məlumatına görə, mədənçilərin ölümünə karbonmonoksit səviyyəsinin normadan artıq olması səbəb olub. Xilasedicilər indiyədək 201 nəfəri təxliyə edib, həlak olan səkkiz nəfərin cəsədi isə dağıntılar altından çıxarılıb.

Hazırda yeraltında qalan mədənçilərin xilas edilməsi istiqamətində əməliyyatlar davam edir. Qəzanın səbəbləri araşdırılır.

Seçilən
31
3
hafta.az

10Mənbələr