Azərbaycan Premyer Liqasında mövsümünün sonuncu – 33-cü turunun oyunları keçirilir.
Publika.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Əvvəlcə, “Kəpəz” “Neftçi” ilə qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunun baş hakimi Vüqar Həsənli olacaq.
Günün digər oyunu da Sumqayıtda keçiriləcək. “Araz-Naxçıvan” burada “Zirə”ni “qəbul edəcək”. Oyunu Əkbər Əhmədov idarə edəcək.
Daha öncə “Qəbələ” “Şamaxı”ya qalib gəlib (3:1), “Turan Tovuz” “Sabah”a (1:2), “Sumqayıt” “Qarabağ”a (3:4) uduzub. Turun və mövsümün son oyununda sabah “İmişli” “Karvan-Yevlax”la qarşılaşacaq.