AZ

Rusiya boru kəməri qazı ixracında qlobal liderliyini itirib...

Sia Az saytına istinadən ain.az xəbər verir.

Norveç yeni liderə çevrilib...

...2025-ci ilin sonuna qədər Rusiya dünyanın ən böyük boru kəməri təbii qazı ixracatçısı statusunu itirəcək və Norveçdən geri qalacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Beynəlxalq Qaz İttifaqının (IGU) çərşənbə, 20 may tarixində dərc etdiyi hesabatdan irəli gəlir. Məlumatlara görə, Norveç ötən il boru kəməri vasitəsilə 108,6 milyard kubmetr qaz ixrac edib, Rusiya ixracatı isə 103,5 milyard kubmetr təşkil edib.

Beynəlxalq Qaz İttifaqının hesabatı 2005-ci illə müqayisədə Rusiyadan boru kəməri qazı ixracının yarıdan çox azaldığını göstərir.

Analitiklər bunun 2022-ci ildə Ukraynaya tammiqyaslı işğalın başlamasından sonra Avropaya tədarükün kəskin azalması ilə əlaqəli olduğunu təxmin edirlər.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
sia.az

2Mənbələr