AZ

“Neftçi”dən qələbə, “Zirə” uduzdu – YENİLƏNİB 

Azərbaycan Premyer Liqasında mövsümün sonuncu – 33-cü turu davam edir. 

İdmanxeber.az-ın məlumatına görə, bu günə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.

Əvvəlcə “Kəpəz” “Neftçi” ilə qarşılaşıb. Matç “ağ-qaralar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu matçın nəticəsindən asılı olmayaraq “Neftçi” mövsümü 4-cü, “Kəpəz” isə 10-cu pillədə başa vuracaq. 

Günün ikinci matçı da Sumqayıtda keçiriləcək. “Araz-Naxçıvan” “Zirə”ni sınağa çəkəcək. Bu komandaların cari mövsümdəki görüşlərindən ilki heç-heçə (1:1), ikincisi isə “Zirə”nin qələbəsi ilə (1:0) başa çatıb. 

Bu görüşün nəticəsi də komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyəcək. “Zirə” mövsümü 5-ci, “Araz-Naxçıvan” isə 6-cı pillədə tamamlayacaq. 

23 may (şənbə)

15:00. “Kəpəz” – “Neftçi” – 0:1

Qol: Fredi Varqas 54

Qırmızı vərəqə: İfeanyi Metyu, 65 (“Neftçi”)
Baş hakim: Vüqar Həsənli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:00. “Araz-Naxçıvan” – “Zirə” 3:2

Qol: Patrik Andrade, 15 (1:0), Felipe Santos, 32 (2:0), Ruan Renato, 69 (2:1), Ramon Maçado, 73 (3:1), Junior Martins, 82 (3:2)

Baş hakim: Əkbər Əhmədov

“SOCAR Polymer Arena”

Seçilən
24
42
idmanxeber.az

10Mənbələr