UEFA Konfrans Liqasına vəsiqəni əvvəlcədən təmin etmiş “Neftçi” Premyer Liqanın XXXIII turunda “Kəpəz”lə qarşılaşıb.
Publika.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakı klubu 59 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Aktivində 27 xal olan Gəncə klubu isə onuncu sırada qalıb.
Turun digər matçında “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gələcəklər. Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək. “Zirə” 53 xalla beşinci, Naxçıvan təmsilçisi isə 43 xalla altıncı pillədə qərarlaşıb.