Bu gün Monrealda yerləşən “Jil Vilyov” adına beynəlxalq avtodromda 2026-cı il mövsümünün Formula 1 üzrə Kanada Qran Prisinin beşinci mərhələsinin sprint yarışı keçirilib.
90deqiqe.Az xəbər verir ki, yarışın qalibi “Mercedes” komandasının pilotu Corc Rassell olub. İkinci yeri “Maklaren”in sürücüsü, hazırkı dünya çempionu Lando Norris tutub. İlk üçlüyü “Mercedes”dən ümumi sıralamanın lideri Andrea Kimi Antonelli tamamlayıb.
Yarışın 5-ci dövrəsində “Mercedes” pilotları arasında insident baş verib: Corc Rassell komanda yoldaşı Kimi Antonellinin ötmə cəhdinə qarşı sərt müdafiə olunub. Nəticədə Antonelli trasdan kənara çıxıb, daha sonra mövqeyini itirib və emosional reaksiyalar sərgiləyib. Komanda rəhbəri Toto Volf vəziyyətə müdaxilə edərək italiyalı pilotu sakitləşdirib.
Formula 1. Kanada Qran Prisi. Sprint:
Corc Rassell (“Mercedes”) — 23 dövrə
Lando Norris (“Maklaren”) +1.272
Andrea Kimi Antonelli (“Mercedes”) +1.843
Oskar Piastri (“Maklaren”) +9.797
Şarl Lekler (“Ferrari”) +9.929
Luis Həmilton (“Ferrari”) +10.545
Maks Ferstappen (“Red Bull”) +15.935
Arvid Lindblad (“Racing Bulls”) +29.710
Franko Kolapinto (“Alpine”) +31.621
Karlos Sayns (“Williams”) +36.793
Liam Louson (“Racing Bulls”) +1:01.344
Qabriel Bortoleto (“Audi”) +1:01.814
Esteban Ocon (“Haas”) +1:04.209
Serxio Peres (“Cadillac”) +1:10.402
Niko Hülkenberq (“Audi”) +1:12.158
Lens Stroll (“Aston Martin”) +1 dövrə
Valtteri Bottas (“Cadillac”) +1 dövrə
Oliver Berman (“Haas”) +1 dövrə
Aleks Albon (“Williams”) +1 dövrə
Pyer Qasli (“Alpine”) +1 dövrə
İsak Haciar (“Red Bull”) +3 dövrə
Fernando Alonso (“Aston Martin”) — yarışı başa vurmayıb (19-cu dövrə)