AZ

Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Adıyaman vilayətinin Samsat rayonunda torpaq sahəsi ilə bağlı yaranan mübahisə zamanı 15 nəfər xəsarət alıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, iki ailə arasında torpaq məsələsi səbəbindən başlayan mübahisə zamanı tərəflər bir-birinə kəsici alətlərlə xəsarət yetiriblər.

Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
3
avtosfer.az

5Mənbələr