AZ

Hindistanda anomal istilər: ən azı 21 nəfər öldü

ain.az bildirir, Axar.az portalına istinadən.

Hindistanın Andhra-Pradeş ştatında anomal istlər nəticəsində azı 21 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə “İndustan tayms” məlumat yayıb.

Məlumata görə, ölənlərin əksəriyyəti günvurma səbəbindən həyatını itirib. Ən çox ölüm halı Vicajava şəhərində qeydə alınıb.

Qurbanlar arasında evsizlər, əmək miqrantları və yaşlı şəxslərin olduğu bildirilir. Bir sıra insanlar küçədə huşsuz vəziyyətdə tapılıb, xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
axar.az

1Mənbələr