AZ

Muxtar Babayev BMT Baş katibi vəzifəsinə namizədlə görüşdü

Bakıda iqlim dəyişikliyinin artan iqtisadi təsirləri, o cümlədən xüsusilə inkişaf etməkdə olan ölkələrdə infrastruktur, ticarət, su sistemləri və şəhər dayanıqlığına artan təzyiq müzakirə edilib.

Publika.az xəbər verir ki, fikir mübadiləsi Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan arasında aparılıb.

M. Babayev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində baş tutan görüş barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb:

Seçilən
4
3
publika.az

3Mənbələr