AZ

Bu ölkədə eboladan ölənlərin sayı 200-ə çatır

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən İturi və Şimali-Kivu əyalətlərində müşahidə olunan Ebola epidemiyasında ölənlərin sayı 160-a çatıb.Metbuat.az xəbər verir ki, KDR hökumətinin yaydığı Ebola ilə bağlı vəziyyət hesabatında bildirilib ki, 15 may tarixində elan olunan epidemiya zamanı indiyədək 160 nəfər həyatını itirib. Hesabatda ölkədə ümumilikdə 671 yoluxma halının qeydə alındığı qeyd olunub. Son 24 saat ərzində isə 13 yeni təsdiqlənmiş yoluxma aşkarlanıb. Bunlardan 12-si İturi, 1-i isə Şimali-Kivu əyalətində qeydə alınıb.

Bundan əlavə, hesabatda 1261 nəfərlə təmasda olan şəxsin izlənildiyi, ümumi təmaslı sayının isə 1441 nəfərə çatdığı bildirilib.

Seçilən
49
metbuat.az

1Mənbələr