AZ

ABŞ–İran memorandumunun detalları açılır – Tehrana milyardlarla dollar...

ABŞ və İran arasında hazırlanan çərçivə razılaşmasının bəzi detalları məlum olub.

Musavat.com xəbər verir ki, Al Mayadeen telekanalının məlumatına görə, Pakistanın vasitəçiliyi ilə Tehran və Vaşinqton arasında memorandum xarakterli sənəd üzrə hazırlıq işləri yekunlaşmaq üzrədir.

Bildirilib ki, sənəd yekun saziş hesab edilmir və İranın nüvə proqramı ilə bağlı müddəaları əhatə etmir. Eyni zamanda, memorandum ABŞ donanmasının İran ətrafındakı bölgədən çıxarılmasını da nəzərdə tutmur.

Məlumata əsasən, sənəd çərçivəsində İranın dondurulmuş vəsaitlərinin yarısının – təxminən 12 milyard dolların – açılması və ABŞ-nin hərbi-dəniz blokadasının dayandırılması nəzərdə tutulur.

Həmçinin qeyd olunur ki, çərçivə sənədi imzalandıqdan sonra tərəflərə ayrıca nüvə sazişi əldə etmək üçün 30 günlük müddət veriləcək.

Musavat.com

Seçilən
12
34
musavat.com

10Mənbələr