AZ

Rusiya Kiyevi BOMBALAYIR - Dəhşətli kadrlar

Ukraynanın paytaxtı Kiyevdə gecə saatlarında ardıcıl partlayış səsləri eşidilib və şəhərə yüksək sürətli raketlərin istiqamətləndiyi bildirilib.

Musavat.com xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Kiyev istiqamətində sürətli hava hədəfinin hərəkət etdiyini açıqlayıb. Daha sonra şəhərdə bir neçə partlayış baş verib və hücumların davam etdiyi qeyd olunub.

Kiyev meri Vitali Kliçkonun məlumatına əsasən, nəticələr əsasən Podolsk və Şevçenko rayonlarında qeydə alınıb. Podolsk rayonunda raket qalıqlarının qeyri-yaşayış ərazisinə düşdüyü, Şevçenko rayonunda isə yaşayış binasının yaxınlığında yanğın baş verdiyi bildirilib.

Hadisə nəticəsində yaşayış binasının pəncərələrinin zədələndiyi qeyd olunur.

Xatırladaq ki, dünən Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukrayana şiddətli raket zərbələri endirəcəyini bildirmişdi. ABŞ-nin Ukraynadakı səfirliyi isə təcili mesajı yayaraq ABŞ vətəndaşlarının Kiyevi tərk etmələri barədə xəbərdat etmişdi.

Musavat.com

Seçilən
4
13
musavat.com

10Mənbələr