AZ

“Qarabağ”ın bütün mümkün rəqibləri müəyyənləşdi

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Qarabağ”ın bütün mümkün rəqibləri müəyyənləşdi

"Qarabağ”ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki bütün mümkün rəqibləri bəlli olub.

QOL.az haqqin.az-a istinadən xəbər verir ki, Moldova kubokunun finalında “Şerif”in “Zimbru”nu məğlub etməsindən sonra Ağdam təmsilçisinin son potensial rəqibi Slovakiyanın “Jilina” klubu olub.

Qurban Qurbanovun komandası püşkatma zamanı reytinqi yüksək olan komandaların daxil olduğu səpələnmişlər səbətində yer alacaq.

“Qarabağ”ın 1-ci təsnifat mərhələsində mümkün rəqiblərinin tam siyahısı belədir:

“Jilina” (Slovakiya)

“Voyvodina” (Serbiya)

“Universitatya Kluj” (Rumıniya)”

“Alüminiy” (Sloveniya)

“Derri Siti” (İrlandiya) 

“Vestri” (İslandiya).

Qeyd edək ki, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bir gün sonra isə 2-ci təsnifat mərhələsinin püşkatması keçiriləcək.

“Qarabağ” həmin mərhələdə də səpələnmişlər arasında olacaq. Komandanın mümkün 9 rəqibindən 3-ü artıq məlumdur: “Tvente” (Niderland), “Tromse” (Norveç) və “Hammarbü” (İsveç).

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
34
qol.az

10Mənbələr