Madriddə minlərlə insan İspaniyanın fəaliyyətdə olan Baş naziri Pedro Sançesin istefası tələbi ilə kütləvi yürüşdə iştirak edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiya iştirakçıları hökumətin miqrasiya siyasəti və fəaliyyətindən narazılıqlarını ifadə edib, Sançesin və daxili işlər naziri Fernando Qrande-Marlaskanın ünvanına təhqirlər səsləndiriblər.
Tədbir 150-dən çox təşkilatı özündə birləşdirən vətəndaş cəmiyyəti tərəfindən təşkil edilib. Tədbirdə "Vox" partiyasının lideri Santyaqo Abaskal, eləcə də Avropa Parlamentinin deputatı Xorxe Buksade iştirak ediblər.