Türkiyənin Adana şəhərinin Saimbəyli rayonunda gecə saat 04:26-da 4,9 bal gücündə zəlzələ baş verib.
Day.Az-ın məlumatına görə, bu ölkənin Fövqəladə Halların İdarəedilməsi İdarəsinin veb saytında yerləşdirilən məlumata görə, zəlzələnin episentri Saimbəyli rayonunda qeydə alınıb.
Zəlzələnin 8,6 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.