AZ

Heç kimi unutmaq istəmirəm Simeone

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone hazırda dünyanın ən yaxşı üç məşqçisinin kimlər olduğu ilə bağlı sualı cavablandırıb.

Moderator.az xəbər verir ki, “Atletiko Universal” Simeonenin sözlərini sitat gətirib:

“Hazırda ən yaxşı üç məşqçi? Üçünü seçmək çətindir: Ançelotti, Qvardiola, Emeri, İraola, Flik… Heç kimi unutmaq istəmirəm. Pep özünü yenidən kəşf etmək və qalib gəlmək bacarığı sayəsində dünyanın ən yaxşısıdır və əsas olan qələbədir. Ona ən yaxşısını arzulayıram. Düşünmürəm ki, o, uzun müddətə getsin, çünki o, futbolun özüdür”.

Xosep Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. Onun rəhbərliyi altında “şəhərlilər” 20 kubok qazanıb. O, mövsümün sonunda postundan ayrılacağını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
moderator.az

10Mənbələr