AZ

İranda terror aktları planlaşdıran qrup zərərsizləşdirildi

İranın Fars əyalətində region ərazisində hücumlar hazırlamaqda şübhəli bilinən terror şəbəkəsinin fəaliyyətinin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə əyalətin Kəşfiyyat İdarəsi məlumat yayıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 15 nəfər saxlanılıb. İddia olunur ki, saxlanılanların bir hissəsi əvvəllər kütləvi iğtişaşlarda iştirak edib. İki mütəşəkkil qrup halında fəaliyyət göstərən şübhəlilərin yeni yaradılmış terror təşkilatı ilə əlaqədə olduqları bildirilir.
 

Xüsusi xidmət orqanlarının bəyanatına əsasən, sözügedən qrup "Ramazan müharibəsi" adlandırılan dövrdə regionda vəziyyəti gərginləşdirmək və İsrailə dəstək nümayiş etdirmək məqsədilə mülki şəxslərə qarşı hücumlar və qətllər planlaşdırıb.


Şübhəlilərin gizləndiyi sığınacaqlarda aparılan axtarışlar zamanı dövlət obyektlərinə və insanların kütləvi toplaşdığı məkanlara hücum üçün nəzərdə tutulan silah, sursat və avadanlıqlar aşkar edilərək götürülüb.

Müsadirə olunan əşyalar arasında 5 ədəd odlu silah, 61 ədəd döyüş patronu və 5 ədəd "Starlink" peyk rabitə terminalı var.

İran rəsmiləri qrupun fəaliyyətinin hər hansı bir aksiyaya başlamadan öncə dayandırıldığını və əyalətdəki vəziyyətin tam nəzarət altında olduğunu bəyan ediblər.

Bizim.Media

Seçilən
33
1
bizim.media

1Mənbələr