AZ

Avtomobil bazarında yeni böhran: Sintetik yağlara limit qoyuldu

“Nissan” və “Toyota” şirkətləri sintetik mühərrik yağlarının tədarükünə limit tətbiq etməyə və dilerlərə göndərilən həcmləri azaltmağa başlayıblar.

Oxu.Az “Carscoops” nəşrinə istinadən xəbər verir ki, sürtkü materialları böhranı günü-gündən daha da kəskinləşir.

Avtomobil istehsalçılarının xüsusi tələblərinə uyğun hazırlanan “5W-30” və “0W-20” yağlarının tədarükü “Nissan” tərəfindən normalaşdırılır. Son bir həftə ərzində “5W-30” yağının tədarükü ötən illə müqayisədə 70%-ə, “0W-20” yağının tədarükü isə 55%-ə qədər azalıb.

“Toyota” isə öz dilerlərinə “0W-8” və “0W-16” yağlarının ehtimal olunan qıtlığı barədə xəbərdarlıq edib. Nəticədə dilerlərə alternativ variantlar tapmaq tövsiyə olunub.

Xəbərdə bildirilir ki, sintetik yağların istehsalında istifadə edilən III qrup baza yağlarının təxminən yarısı ABŞ-yə idxal olunur.

Müstəqil Sürtkü Materialları İstehsalçıları Assosiasiyası iyun ayına qədər ABŞ-yə Fars körfəzi regionundan gələn III qrup baza yağlarının tükənəcəyini proqnozlaşdırır.

Assosiasiyanın ehtimalına görə, Yaxın Şərqdəki münaqişənin səbəb olduğu bu kəsir 2027-ci ilin ortalarına qədər davam edə bilər.

Seçilən
12
6
editor.az

7Mənbələr