AZ

Ağ Evin yaxınlığında atəş açan şəxs öldürüldü

Vaşinqtonda Ağ Evin yaxınlığında 20-dən çox atəş səsi eşidilib.

ABŞ Gizli Xidməti Ağ Evin yaxınlığında atəş açan şəxsin öldürüldüyünü təsdiqləyib.

Aznews.az xəbər verir ki, ABŞ Gizli Xidməti hadisənin Ağ Evin yaxınlığında, baş verdiyini, bir kişinin çantadan silah çıxararaq Pensilvaniya prospekti ilə 17-ci küçənin kəsişməsində atəş açdığını açıqlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cavab atəşi ilə onu ölümcül yaralayıblar. Ətrafda olan bir nəfər də yaralanıb.

"Gizli Xidmət cavab atəşi açaraq şübhəlini yaralayıb, şübhəli yerli xəstəxanaya aparılıb və orada ölüb. Atışma zamanı ətrafda olan bir nəfər də yaralanıb. Heç bir zabit xəsarət almayıb", - açıqlamada bildirilir.

Ağ Evin nəzarət-buraxılış məntəqəsində baş verən atışmada şübhəlinin Nasir Best olduğu müəyyən edilib.

Seçilən
23
6
aznews.az

8Mənbələr