Pakistanın Bəlucistan əyalətində hərbçiləri daşıyan qatarda bomba partlayıb, azı 24 nəfər ölüb, 50 nəfər yaralanıb.
Metbuat.az "France-Presse" agentliyinə istinadən xəbər verir ki, hadisə bu gün Kvetta şəhərində baş verib.
Partlayıcı qurğu qatarın son dayanacağına təxminən 1 kilometr qalmış işə düşüb.