Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ və Almaniyadan olan alimlər adi Wi-Fi siqnalları vasitəsilə insanların kimliyini müəyyən etməyin mümkün olduğunu açıqlayıblar.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma texnologiya və məxfilik sahəsində geniş müzakirələrə səbəb olub.
Xarici mediada yayılan məlumata görə, tədqiqatçılar insan bədəninin Wi-Fi siqnallarına fərqli təsir göstərdiyini müəyyən ediblər. Hazırlanan sistem həmin dəyişiklikləri analiz edərək şəxsləri yüksək dəqiqliklə ayırd edə bilir.
Alimlər bildirirlər ki, bu texnologiya gələcəkdə təhlükəsizlik sistemlərində, ağıllı evlərdə və şəxsi identifikasiya sahəsində istifadə oluna bilər. Bununla yanaşı, araşdırma məxfiliklə bağlı narahatlıqları da artırıb. Ekspertlər xəbərdarlıq edirlər ki, belə texnologiyalar insanların xəbəri olmadan izlənilməsi riskini yarada bilər.
Tədqiqat müəllifləri isə qeyd edirlər ki, sistem hazırda eksperimental mərhələdədir və onun istifadəsi üçün ciddi etik və hüquqi qaydalar tələb olunur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.