Türkiyənin Adana şəhərinin Saimbəyli rayonunda gecə saat 04:26-da 4,9 bal gücündə zəlzələ baş verib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarəedilməsi İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların episentri Saimbəyli rayonunda qeydə alınıb. Zəlzələnin 8,6 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. pizza mizza
"Kahramanmaraş, Osmaniye, Kayseri və Niğde əyalətlərində də hiss olunan 4,9 bal gücündə zəlzələdən sonra hazırda heç bir mənfi təsir müşahidə olunmayıb. Sahə qiymətləndirmə işləri davam edir. Təsirə məruz qalan vətəndaşlara ən xoş arzularımızı çatdırırıq", - deyə məlumatda qeyd olunub./Report
Telegram kanalımız