AZ

Xeyli sayda fəhlə uçan binanın dağıntıları altında qaldı

Filippinin şimalındakı Anxeles şəhərində bina uçub. Uçmuş binanın dağıntıları altında təxminən 30-40 fəhlənin qaldığı ehtimal olunur.

Publika.az xəbər verir ki, bu barədə xarici media yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, tikilməkdə olan doqquzmərtəbəli binanın çökməsinə əlverişsiz hava şəraiti səbəb ola bilər. Ötən gün yerli nəşrlər məlumat vermişdi ki, şəhərdə çökməyə səbəb ola biləcək güclü yağıntı və şiddətli külək müşahidə edilib.

Fəsadların aradan qaldırmaq üçün hadisə yerinə 100-dən çox polis və müvafiq orqaların əməkdaşları cəlb olunub. Yerli polislərdən birinin sözlərinə görə, indiyədək dağıntılar altından ən azı 26 nəfər xilas edilib.

Seçilən
2
3
publika.az

10Mənbələr