AZ

Ozancanın komandası elitanı tərk etdi

Ozan Can Kökçünün çıxış etdiyi “Volendam” Niderland çempionatında elitada qalmaq uğrunda "pley-off"un cavab oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda “Villem II” ilə qarşılaşıb. İlk matçda 2:1 hesablı qələbə qazanan “Volendam” cavab görüşündə eyni hesabla uduzub.

Əlavə vaxtda qol olmadığına görə qalib penaltilər seriyasında dəqiqləşib. Penaltilərdə daha uğurlu olan “Villem II” qələbə qazanıb (5:4) və Erediviziyaya yüksəlib.

“Volendam” isə yeni mövsümdə 1-ci liqada mübarizə aparacaq.

Ozan bu görüşdə oynamayıb. Onun adı iştirak ərizəsində də olmayıb.

Seçilən
5
4
football-plus.az

5Mənbələr