Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Milli Məclisin deputatı Günay Ağamalının uşaqpulu ilə bağlı səsləndirdiyi fikirlər etirazlara səbəb olub.Demokrat.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, Əməkdar artist Tahir İmanov deputatın açıqlamasına sosial şəbəkədə paylaşdığı video ilə cavab verərək onun "uşaqpulu verilsə, insanlar işləməyəcək" fikrini satirik formada tənqid edib.Sənətçi bildirib ki, insanlar işləməsə pul qazanmayacaq, pul qazanmayanda isə paltar ala bilməyəcək və nəticədə camaat lüt gəzəcək. O, istehza ilə əlavə edib ki, bu halda uşaqların sayı da artacaq və daha çox uşaqpulu vermək lazım gələcək.Xatırladaq ki, Günay Ağamalı televiziya çıxışında Azərbaycanda uşaqpulunun bərpasının vətəndaşlarda tənbəllik yarada, işçi qüvvəsinin əmək bazarından çəkilməsinə səbəb ola biləcəyini bildirmişdi. Deputatın bu açıqlaması sosial şəbəkələrdə geniş tənqid olunub.Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.