Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) başa çatmaqda olan 2025/2026-cı illər mövsümündə 500-cü qol qeydə alınıb.
Arena.az xəbər verir ki, yubiley mövsümün sonuncu – 33-cü turunun “Sumqayıt” – “Qarabağ” görüşünə (3:4) təsadüf edib.
Rüstəm Əhmədzadənin vurduğu top mövsümdə 500-cü olub. Bu, çempionatdakı 195-ci qarşılaşmaya təsadüf edib.
Ölkə çempionatları tarixində yüksək dəstədə mövsümün 500-cü qolunun vurulması 21 ildən sonra qeydə alınıb. Sonuncu dəfə 2004/2005-ci illər mövsümündə belə hadisə yaşanıb. Sonrakı turnirlərdə qol sayı 500-dən aşağı olub.
Qeyd edək ki, 2004/2005-ci illər mövsümündə qapılara 684 qol vurulub. Bir mövsümdəki qol sayındakı rekord isə 1992-ci ilə təsadüf edib. Həmin vaxt 1177 qol vurulub.
2025/2026-ci illər mövsümündə Premyer Liqa bu gün keçiriləcək “İmişli” – “Karvan” matçı ilə başa çatacaq.
